İzmirin üç müxtəlif rayonunda meşə yanğınlarına müdaxilə davam edir. Yanğınsöndürmə işləri aparılarkən, bir zamanlar müğənni Tarkanla münasibəti ilə gündəmə gələn Bilgə Öztürkdən kədərli xəbər gəlib.
Sherg.az xəbər verir ki, güclü külək səbəbilə müdaxiləsi çətinləşən yanğından məşhur adın sörf məktəbi də zərər görüb.

Bilgə Öztürk, sörf məktəbinin yandığı görüntüləri sosial şəbəkə hesabında paylaşıb.
O, hisslərini belə ifadə edib: “Dostlar, çox məyusuq. Bu görüntülər kameraların yanmazdan əvvəlki son görüntüləridir. Zənglərə və mesajlara cavab verə bilmirəm.”
Bilgə Öztürkün İstanbul və Muğlada da iki sörf məktəbi fəaliyyət göstərir.