RU

Nobel mükafatı laureatı Andre Geim Hollandiya vətəndaşlığından məhrum edilib

Fizika üzrə 2010-cu il Nobel Mükafatı laureatı Andre Geim 2012-ci ildə Britaniya vətəndaşlığını aldığı üçün Hollandiya vətəndaşlığından məhrum edildiyini açıqladı. Hollandiya hakimiyyəti cənab Geimdən pasportunu Londondakı səfirliyə təhvil verməsini tələb edib və imtina halında onu hədələyib.

“The New York Times”ın yazdığına görə alim vəziyyəti “qəribə və kədərli” adlandırır. Vətəndaşlığından məhrum edilməsinə baxmayaraq, Andre Geim özünü Hollandiya-Britaniya vətəndaşı hesab etməkdə davam edir, Hollandiya Kral İncəsənət və Elmlər Akademiyasının üzvü və ABŞ Milli Elmlər Akademiyasının əcnəbi üzvü olaraq qalır.

Andre Geim 1958-ci ildə Soçidə anadan olub, təhsilini Moskva Fizika və Texnologiya İnstitutunda alıb. 1990-cı illərdə SSRİ-ni tərk edib, Hollandiya vətəndaşlığını alıb, 2001-ci ildə isə Böyük Britaniyaya köçüb və indi də orada işləyir. Konstantin Novoselovla birlikdə o, qrafen əldə etmək üsulunu işləyib hazırladığına görə Nobel mükafatına layiq görülüb.

Əziz Mustafa, Oxuməni.az

Избранный
6
38
oxumeni.az

10Источники