"Liverpul" klubu vəfat edən portuqaliyalı hücumçu Dioqo Jota barədə daha bir qərar verib.
Publika.az xəbər verir ki, İngiltərə nəhəngi ailəsinə futbolçunun müqaviləsinə əsasən qalan 2 illik ödənişi tam şəkildə ödəyəcək. Bu barədə "Record" nəşri məlumat yayıb.
Jota iyulun 3-də baş verən dəhşətli avtomobil qəzasında həyatını itirib. "Liverpul" klubu Jotanın geyindiyi 20 nömrəli formanı əbədiləşdirmək niyyətində olduğunu açıqlayıb.
Dioqo Jota 2020-ci ildən "Liverpul"un formasını geyinirdi. O, bu müddət ərzində komandanın heyətində 182 oyunda 65 qol vurub, 26 məhsuldar ötürmə ilə yadda qalıb. 2024/25 mövsümündə komandanın Premyer Liqa çempionluğunda mühüm rol oynamışdı.