RU

Banklar avro satışını 35%-dən çox azaldıb

Cari ilin may ayında Azərbaycanda fəaliyyət göstərən banklar 22 milyon 745 min avro alqı-satqı həyata keçiriblər.

Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verilir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5 milyon 27 min avro və ya 18,1% azalıb. Belə ki, 2024-cü ilin may ayı ərzində banklar 27 milyon 772 min avro alqı-satqısı həyata keçirmişdi.

Hesabat dövründə bankların avro alışının həcmi 11 milyon 906 min avro, satışının həcmi isə 10 milyon 839 min avro olub.

Avro alışı illik müqayisədə 973 min avro və ya 8,9% artıb, satışı isə 6 milyon avro, yaxud da 35,6% azalıb.

2024-cü ilin bəhs olunan dövründə banklar 10,933 milyon avro alış, 16,839 milyon avro satış həyata keçirmişdi.

© Trend

Избранный
29
50
marja.az

10Источники