"Yuventus" klubu ilə ABŞ millisinin yarımmüdafiəçisi Ueston Makkenni arasında yeni müqavilə ilə bağlı danışıqlar dalana dirənib.
90deqiqe.Az-ın məlumatına görə, tərəflər razılaşmaya yaxın olsa da, futbolçunun maliyyə tələbləri prosesə əngəl törədib.
26 yaşlı futbolçu illik 3,5 milyon avro məvacib və agentlərinə yüksək komissiya tələb edir. Bu səbəbdən Turin təmsilçisinin danışıqları dayandıraraq Makkennini transfer siyahısına salacağı istisna edilmir.
Hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatan Makkenninin "Transfermarkt" portalına əsasən bazar dəyəri 22 milyon avro olaraq göstərilir.