RU

U20 Avropa çempionatı: Vasif Bağırov qızıl medal qazandı, Muradxan Omarov gümüşlə kifayətləndi (FOTO)

Bakı. Trend:

İtaliyanın Kaorle şəhərində keçirilən U20 Avropa çempionatınınaltıncı yarış günündə sərbəst güləş üzrə ilk medalçılarmüəyyənləşib.

Trend xəbər verirki, Vasif Bağırov (57 kq) finalda Gürcüstan təmsilçisi NikaZanqaladze ilə gərgin və maraqlı qarşılaşmada qüvvəsini sınayıb.Görüşün ilk hissəsini 5:6 hesabı ilə geridə başa vuran Gəncə güləşməktəbinin yetirməsi ikinci hissədə təşəbbüsü ələ alaraq 9:6 hesabıilə əzmkar qələbə qazanıb və Avropa çempionu olub. Qeyd edək ki,Vasif ötən il bu yarışda gümüş medal qazanmışdı.

Muradxan Omarov (79 kq) isə finalda gürcü güləşçi DavitÇetçelaşvili ilə qarşılaşıb. Lakin Şamaxı güləş məktəbininyetirməsi bu dəfə rəqibinə müqavimət göstərə bilməyib və 0:10hesabı ilə məğlub olaraq gümüş medal qazanıb.

Rəvan Musayev (97 kq) təsəlliverici görüşdə macarıstanlı PeterŞivnovskiyə 7:0 hesabı ilə qalib gəlsə də, bürünc medal uğrundaqarşılaşmada rusiyalı Maqomedqadji Maqomedova 0:6 hesabı ilə uduzubvə turniri medalsız başa vurub.

U20
U20
Избранный
7
50
az.trend.az

10Источники