RU

Kürdəmirdə qatar 44 yaşlı kişini vuraraq öldürüb

Kürdəmirdə qatar 44 yaşlı kişini vuraraq öldürüb.

 

Sfera.az xəbər verir ki, hadisə Bakı-Qazax dəmir yolu xəttinin rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.

 

Kənd sakini, 1981-ci il təvəllüdlü Heydərov Vüsal Çovğun oğlu dəmir yolundan keçərkən onu yük qatarı vurub. Ağır xəsarət alan yaralı elə hadisə yerindəcə dünyasını dəyişib.

 

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, hadisənin başvermə səbəbi araşdırılır. (Report)

Избранный
39
18
sfera.az

10Источники