RU

Almaniyanın məşhur nəşri Mahiri pislədi: “Onun davranışdan xəbərdar olanlar...”

“Kicker” Mahir Emrelinin Almaniyanın II Bundesliqa klubu “Kayzerslautern”lə 3 illik müqavilə bağlamasını şərh edib.

Sportinfo.az xəbər verir ki, məşhur nəşr həmyerlimizin mənfi və müsbət cəhətlərindən bəhs edib:

“Kənardan baxanlar “Nürnberq”in Mahiri azad agent statusuyla buraxmasını ehtiyatsız addım kimi dəyərləndirə bilər. Lakin onun bu komandada keçirdiyi mövsüm ərzində sərgilədiyi davranışdan xəbərdar olanlar kluba haqq verəcək.

Emreli motivasiyasız futbolçudu. Ona şans verilməyəndə qəzəblənir, tez-tez narazılıq edir və komandadaxili ab-havanı korlayır.

Ancaq futbolçunun bacarıqlarını saymaqla bitməz. Şübhəsiz, azərbaycanlı “Nürnberq”dəki oyunuyla hər kəsi heyran etdi.

O, beynəlxal qsəviyyəli, təcrübəli futbolçudu. Çempionlar Liqasında və Avropa Liqasında 30 oyun keçirib. Qısası, Mahir 2-ci bundesliqanın ən yaxşı futbolçularındandı”.

Избранный
14
50
sportinfo.az

10Источники