"Şamaxı" klubu heyətini yeni oyunçu ilə gücləndirib.
Offsideplus.az xəbər verir ki, bölgə klubu Diogo Balaunu transfer edib. Portuqaliyalı yarımmüdafiəçi 1+1 illik müqavilə imzalanıb.
Bu barədə klubun mətbaut xidməti məlumat yayıb.
Qeyd edək ki, Balau son olaraq Portuqaliyanın “Uniao Santarem” klubunda çıxış edib.
25 yaşlı futbolçu "Şamaxı"nın mövsümlərarası fasilədə ilk əcnəbi transferi olub. Onlar daha öncə Həbib İsmayılov, Oruc Məmmədov və Emil Süleymanovu heyətinə qatmışdı.