RU

Avropa çempionatı: Millimiz Litvaya məğlub olub

Azərbaycanın basketbol üzrə qızlardan ibarət U-18 millisi ilk dəfə iştirak etdiyi Avropa çempionatının B divizionunda keçirdiyi üçüncü oyununda da uduzub.

“İki sahil” xəbər verir ki, millimiz Litvaya məğlub olub - 31:82.

Təmsilçimiz qrupda növbəti matçını iyulun 8-də İslandiya yığmasına qarşı keçirəcək.

Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk iki matçında Bosniya və Herseqovina yığması üzərində qələbə (83:81) qazanıb. Ukraynaya isə məğlub olub - 65:78.

Избранный
1
24
ikisahil.az

10Источники