RU

"Real"ın oyunçusu: "PSJ ilə yarımfinal əslində ÇL-in finalıdır"

style='margin-bottom:10px;'>

"Real"ın müdafiəçisi Fran Qarsiya klublararası dünya çempionatının yarımfinalında PSJ-yə qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bildirib. 

QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, o deyib: 

"PSJ ilə yarımfinal? Bu, əslində Çempionlar Liqasının finalıdır. Onlar yaxşı nəticələr əldə edir, amma biz də çox yaxşı inkişaf edirik. Komanda bir-birini anlayır, nə etməli olduğumuzu bilirik. Bu templə davam etməliyik ki, finala çıxa bilək"

Qeyd edək ki, sözügedən görüş iyulun 9-na təyin olunub.

"Real" 1/4 finalda Dortmund "Borussiya"sını 3:2 hesabı ilə məğlub edib. PSJ isə həmin mərhələdə "Bavariya"ya 2:0 hesabı ilə qalib gəlib.

Bu cütün qalibi finalda "Çelsi" – "Fluminense" matçının qalibi ilə üz-üzə gələcək. 

Избранный
23
45
teleqraf.com

10Источники