RU

U20 Avropa çempionatında sərbəst güləş millimiz ikinci olub

Bakı. Trend:

İtaliyanın Kaorle şəhərində keçirilən güləş üzrə U20 Avropaçempionatına yekun vurulub.

Trend xəbər verirki, sərbəst güləş üzrə Azərbaycan millisi yarışda uğurlu çıxışedərək ümumilikdə 5 medal qazanıb – 1 qızıl, 2 gümüş və 2 bürünc.Topladığı 133 xalla yığmamız komanda hesabında Avropa ikincisiolub.

Birinci yeri 164 xalla Gürcüstan, üçüncü pilləni isə 81 xallaUkrayna tutub.

Xatırladaq ki, böyük məşqçi Arif Abdullayev, məşqçilər RövşənHacıyev və Əşrəf Əliyevin rəhbərliyi altında Vasif Bağırov (57 kq)qızıl, Muradxan Omarov (79 kq) və Yusif Dursunov (125 kq) gümüş,Omar Gülməmmədovla (74 kq) Anar Cəfərli (92 kq) isə bürünc medalqazanıb.

Избранный
20
50
az.trend.az

10Источники