RU

"Milan" ingiltərəli futbolçunu transfer etmək istəyir

“Milan” “Gent” klubunun futbolçusu Arçi Braunla maraqlanır.

Sportal.az xəbər verir ki, insayder Fabritsio Romanonun məlumatına görə, “rossoneri” bu yay müdafiənin cinahlarını gücləndirmək məqsədilə 23 yaşlı sol cinah müdafiəçisinin transferini nəzərdən keçirir. Braun klubun qısa transfer siyahısına daxil edilib.

Qeyd edək ki, ingiltərəli futbolçu ötən mövsüm Belçika çempionatında “Gent”in heyətində 32 oyunda iştirak edib, 1 qol və 3 assistlə yadda qalıb.

saytlarin hazirlanmasi

Избранный
2
31
sportal.az

10Источники