AZ

Əl Hilal fanatların nifrət etdiyi futbolçunu alıb KDÇ yə göndərdi

ain.az, Footbal-plus saytına istinadən bildirir.

Səudiyyə Ərəbistanında son mövsümdə çempion statusunu itirən ''Əl-Hilal'' bu yay ciddi dəyişikliklər etmək niyyətindədi. "Football-plus.az" xəbər verir ki, artıq baş məşqçi postuna Jorje Jezuşun yerinə Simone İnzaqi gətirilib. Ər-Riyad təmsilçisi sözsüz ki, əsas ''bombanı'' Viktor Osimhen ilə partlatmaq niyyətində idi. Amma nigeriyalı forvard Səudiyyə Ərəbistanında oynamaq istəmir. O hətta illik 50 milyon avroluq maaşı da geri çevirib. Bu üzdən ''Əl-Hilal'' alternativ variantlara yönəlməli olub. Bu komanda Fatih Terimin çalışdırdığı ''Əl-Şabab''ın əsas qol silahı Abderrazak Hamdallahı icarə əsasında heyətinə qatıb. Bu transfer artıq hər iki klub tərəfindən rəsmən açıqlanıb. Qeyd edək ki, bu tələm-tələsik transfer Klublararası Dünya Çempionatında uğurla çıxış edən ''Əl-Hilal''ın heyətdə çətinliklərlə üzləşməsi ilə bağlıdı. Bilindiyi kimi komanda turnirin 1/8 finalında dramatik matçda əzəmətli ''Mançester Siti''ni 4:3 məğlub edərək sensasiyon şəkildə 1/4 finala yüksəldi. Burda isə rəqib Braziliya təmsilçisi ''Fluminense'' olacaq. Komandanın əsas qol silahı Aleksandar Mitroviç zədə üzündən hələ turnirdə meydana çıxmayıb. ''Siti''yə iki qol vuraraq qəhrəmana çevrilən gənc braziliyalı forvard Markos Leonardonun yüngül zədəsi var və onun qarşıdakı matçda oynaması sual altındadı. Digər hücumçu Salem Əl-Davsari isə qrupda ''Zaltsburq''la oyunda zədə aldığından onun üçün artıq turnir başa çatıb. Bu üzdən ''Əl-Hilal'' Səudiyyə Ərəbistanı çempionatının ən yaxşı hücumçularından birini icarə əsasında transfer edib. Maraqlıdı ki, bu keçidin baş tutması üçün yerli federasiya hətta ölkədə transfer dönəminin başlama vaxtını da dəyişib! Əslində Səudiyyə Ərəbistanında yay transfer ''pəncərəsi'' iyulun 20-də açılmalı idi. Amma indi klublara iyulun 3-dən heyəti gücləndirməyə icazə verilir. Hamdallah artıq Amerikaya yollanıb və sabahkı oyunda onun adının iştirak ərizəsində olacağı gözlənilir. Hamdallah 2018-ci ildən Səudiyyə Ərəbistanında çıxış edir. İndiyə qədər ''Əl-Nəssr'', ''Əl-İttihad'' və ''Əl-Şabab''ın şərəfini qoruyub. 34 yaşlı futbolçu indiyə qədər Səudiyyə Ərəbistanı çempionatında 3 dəfə bombardir olub. O, 163 oyuna 150 qol vurub və turnirin tarixinin ən yaxşı 3-cü bombardiridi. Ancaq onun ''Əl-Hilal'' fanatları tərəfindən necə qarşılanacağı bilinmir. Çünki mərakeşli hücumçunun karyerasında ən çox qol vurduğu klublardan biri məhz elə ''Əl-Hilal''dı. Üstəlik qol sevincləri zamanı da o müxtəlif dönəmlərdə bu klubun fanatları ilə problemlər yaşayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
50
icma.az

10Mənbələr