AZ

Ərəblərin Osimhen israrı davam edir

"Napoli" və Nigeriya millisinin hücumçusu Viktor Osimhen Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubuna keçə bilər.

Publika.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.

"Milan"ın sol cinah müdafiəçisi Teo Ernandeslə anlaşmanı tamamladıqdan sonra səudiyyəlilər Osimhenin transferi üzərində işləməyə başlayacaqlar.

"Əl-Hilal" nigeriyalı futbolçuya yeni təklif göndərəcək. "Napoli" artıq yay transfer pəncərəsində onun gedişinə yaşıl işıq yandırıb.

Qeyd edək ki, daha əvvəl Osimhen Səudiyyə Ərəbistanından gələn təklifi rədd etmiş və karyerasını İtaliya A Seriyasında davam etdirmək istədiyini bildirmişdi. "Napoli" və "Əl-Hilal" arasında 75 milyon avro dəyərində transfer razılığı əldə olunmuşdu. Lakin futbolçu illik 35 milyon avro maaş təklifinə baxmayaraq, uzun düşüncədən sonra bu variantdan imtina etmişdi.

Seçilən
6
27
publika.az

10Mənbələr