RU

Bu baş verərsə, Tramp iyulun 7-də şad xəbəri ELAN EDƏCƏK

Doha danışıqları uğurlu olarsa, ABŞ prezidenti Donald Tramp iyulun 7-də Qəzza zolağında atəşkəs elan edə bilər.

Publika.az xəbər verir ki, bu barədə “The National” öz mənbələrinə istinadla məlumat yayıb.

Qətərdəki görüşlər İsrail və HƏMAS hərəkatının nümayəndələrinin, eləcə də uzunmüddətli atəşkəsin şərtlərini razılaşdırmağa çalışan beynəlxalq vasitəçilərin iştirakı ilə keçirilir.

Nəşrin məlumatına görə, tərəflər girovların azad edilməsi, humanitar yardıma çıxış imkanlarının genişləndirilməsi və razılaşmaların icrasına nəzarət mexanizmini müzakirə edirlər.

Избранный
7
10
publika.az

10Источники