RU

Oğuzda ağac kəsilməsinə görə cinayət işi başlanıb

Oğuzun Xal-Xal kəndində meşə təsərrüfatına vurulan zərərlə bağlı istintaq araşdırmaları aparılır. 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Operativ Media-ya bildirilib ki, vələs növündən olan bir neçə ağacın kəsilməsi faktına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Oğuz RPŞ-də cinayət işi başlanıb. 

Keçirilən tədbirlərlə həmin əməli törətməkdə şübhəli olan 2 nəfər müəyyən olunaraq məsuliyyətə cəlb edilib. 

Araşdırmalar davam etdirilir.

Избранный
10
36
operativmedia.az

10Источники