Bakı. Trend:
Çin Xalq Respublikasında müxtəlif ölkələrin nümayəndələrininiştirakı ilə “Qlobal Dayanıqlı Nəqliyyat Forumu” keçirilib.
Trendxəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyiməlumat yayıb.
Bildirilib ki, tədbirin məqsədi nəqliyyat sahəsində dayanıqlıinkişafın təmin olunması üçün holistik baxışın və vahidstrategiyanın formalaşdırılması, innovativ və təkrarlanabiləntəşəbbüslərin paylaşılması, rəqəmsal inkişaf, yaşıl və aşağıkarbonlu texnologiyalar, nəqliyyat sistemlərinin inklüzivliyi vətəhlükəsizliyi ilə bağlı qlobal əməkdaşlığı gücləndirməkdir.
Tədbirdə ölkəmizi Rəqəmsal İnkişaf və Nəqliyyat NazirliyininNəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev təmsil edib.
Forumda qarşıya qoyulan məqsədlərin effektiv icrasını təminetmək üçün irəli sürülən 3 əsas təşəbbüs – “Qlobal DayanıqlıNəqliyyatın İnkişafı və Əməkdaşlıq üzrə Çərçivə Sazişi”, “DayanıqlıNəqliyyat İndeksi” və “Qlobal Dayanıqlı Nəqliyyat üzrə Ən YaxşıTəcrübələr” geniş müzakirə edilib.
Müzakirələr zamanı qeyd olunub ki, qlobal müstəvidə dayanıqlınəqliyyatın inkişafı sahəsində əməkdaşlığı daha da inkişaf etdirməkvə ölkələrə nəqliyyat siyasəti, qaydaları, texnologiyaları vəinvestisiya qoyuluşları üzrə fəaliyyətlərin uzlaşdırılmasının təminedilməsi, müxtəlif ölkələrdə nəqliyyat sistemlərində yaşıltransformasiyaya dəstək səviyyəsini və dayanıqlı inkişafperformansını ölçən, inkişaf yollarını və praktiki tövsiyələritəmin edən hərtərəfli qiymətləndirmə sisteminin yaradılması, habeləBirləşmiş Millətlər Təşkilatının Dayanıqlı Nəqliyyat Onilliyi üzrəİcra Planı çərçivəsində qlobal dayanıqlı nəqliyyatda əlamətdarnailiyyətləri təqdir və nümayiş etdirmək üçün irəli sürülən butəşəbbüslər dünyada yaşıl nəqliyyata keçid üçün mühüm töhfələrverəcək.
Azərbaycan nümayəndəsi tədbir çərçivəsində Çinin NəqliyyatNazirliyinin nəzdində fəaliyyət göstərən və 2022-ci ildən etibarənBMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə töhfə verən Qlobal DayanıqlıNəqliyyat İnnovasiyaları və Bilik Mərkəzi (GSTIKC) ilə tanışolub.
Görüş zamanı dayanıqlı nəqliyyatın qurulması sahəsindəəməkdaşlıq, bu Mərkəzin Azərbaycanda filialının yaradılmasıimkanları müzakirə olunub. Belə bir mərkəzin ölkəmizdə açılmasınınnəqliyyat sahəsində tədqiqat və innovasiyaların inkişafı üçünəhəmiyyətli olacağı bildirilib.
Eyni zamanda qlobal dayanıqlı nəqliyyat təşəbbüslərindəölkəmizin fəal iştirakı, COP29, Beynəlxalq Nəqliyyat Forumu kimibeynəlxalq platformalarda lider mövqedən çıxış edərək buməqsədlərin və yaşıl nəqliyyata keçidin bütün platformalardadəstəklənməsi barədə atılan addımlar qarşı tərəfin diqqətinəçatdırılıb.