RU

Şəki-Oğuz yolunda qəza - Ana və övladı xəsarət aldı

Şəki-Oğuz avtomobil yolunda qəza baş verib=. Hadisə avtomobil yolunun Oğuz rayonunun Oraban kəndindən keçən hissəsində qeydə alınıb.

"Unikal" xəbər verir ki, Oğuz rayon sakini 43 yaşlı Sarvan İmamverdiyevin idarə etdiyi “VAZ-21012” avtomobili ilə 58 yaşlı Rəşid Umarovun idarə etdiyi “Toyota” markalı maşın toqquşub. İlkin məlumata görə, qəza nəticəsində “VAZ-21012”də olan iki sərnişin - sürücü Sarvan İmamverdiyevin həyat yoldaşı 37 yaşlı Könül İmamverdiya və övladı 12 yaşlı Ayan İmamverdili xəsarət alıblar.

Yaralılar Təcili Tibbi Yardım briqadasının köməyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Yol-nəqliyyat hadisəsinin təfərrüatları araşdırılır.

Избранный
42
9
unikal.az

10Источники