ain.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.
ABŞ və Çin liderləri arasında görüş keçirilməsi ehtimalı yüksəkdir.
Bu barədə ABŞ Dövlət katibi Marko Rubio deyib.
Rubio Çin XİN rəhbəri Van İ ilə Malayziyada təşkil edilən görüşünü məhsuldar və pozitiv adlandırıb.
O vurğulayıb ki, hər iki tərəf normal münasibətlərə və kommunikasiyaya malik olmalıdır.
ABŞ Dövlət katibi çinli həmkarı ilə görüşdə heç bir tərəfin digərinə xəbərdarlıq və ya bir-birlərini təhdid etmədiyini qeyd edib.
“Bizim Van İ ilə görüşümüz ticarət və digər məsələlər üzrə konstruktiv bir başlanğıc nöqtəsidir. Görüşümüz yaxşı keçib. Amma biz Asiya-Sakit Okean zonasını tərk etməyəcəyik”, - Rubio əlavə edib.
Politoloq Aytən Qurbanova “Sherg.az”a deyib ki, Amerika və Çin rəhbərləri arasında görüşün keçirilməsində təəcüblü heç nə yoxdur:
“ABŞ-Çin münasibətləri qırılma nöqtəsinə gələ bilməz. ABŞ-nin Tramp administrasiyası dövründə Çinə münasibəti aqressiv ritorika nümayiş etdirməsi Pekinlə münasibətlərin sonlanması mənasını ifadə etməməlidir. Görüşlər bir çox istiqamətlərdə əməkdaşlıq prespektivlərini ehtiva edir. Bu , yeni formalaşan dünya nizamında fərqli qütblərdə təmsil olunan iki qlobal aktorun qarşıdurmalardan sığortalanması mənasında deyil. Ona görə də Asiya, Sakit okean zonasını Amerikanın tərk etməyəcəyi ilə bağlı açıq verilən bəyanatda konkret mövqeyin ifadə olunması onu göstərir ki, ziddiyyətli məqamlar olduğu kimi qalır. İqtisadi əməkdaşlıq, strateji istiqamətlərdə əlaqələrin davam etdirilməsi hər iki dövlətin maraqlarına uyğundur”.
Kəmalə Vəliyeva
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.