RU

Əraqçi: ABŞ zəmanət verməlidir

Əgər İranın nüvə proqramı üzrə danışıqlar bərpa olunarsa, ABŞ hərbi gücdən istifadə etməməyə zəmanət verməlidir.

Yenisabah.az le monde-a istinadla xəbər verirt ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

"İlk növbədə, ABŞ davranışını dəyişməli və daha İrana zərbə endirməməlidir. Sonra danışıqlar davam etdirilə bilər", - deyə nazir vurğulayıb. Pepperoni pizza

Aprelin 12-dən bu yana İran və ABŞ arasında vasitəçi qismində Omanın iştirakı ilə 5 raund dolayı danışıqlar aparılıb. Nüvə proqramını müzakirə etmək üçün keçiriləcək növbəti görüş İsrailin iyun ayında İranı vurmağa başlamasından sonra ləğv edilib.

İyunun 22-də ABŞ həmçinin İrandakı üç nüvə obyektini - Fordo, İsfahan və Natanzdakı nüvə obyektlərinə zərbələr endirib.


Telegram kanalımız
Избранный
96
50
yenisabah.az

10Источники