RU

Görün Ronaldo “Real”da hamıya nə alıbmış

“Real”ın keçmiş qapıçısı Kiko Kasilya sabiq komanda yoldaşı Kriştiano Ronaldo haqda danışıb.

Publika.z xəbər verir ki, Kasilya Ronaldonun səxavətini və daim kömək etmək istəyini qiymətləndirib.

“O fenomendir, akademiyanın ən kiçik şagirdlərinə belə kömək edən gözəl insandır. Ondan nə istəsən, sənə verəcək.

Biz mövsümöncəsi məşq üçün ABŞ-a gedəndə o, bütün heyəti, o cümlədən fizioloji, təhlükəsizlik və komandanın digər üzvlərinə ən son “iPhone” və “Apple Watch” aldı. O, lovğalanmağın mənasını görmədiyi üçün bunu qeyd etmir. Ronaldo bu cür jestlərlə başqalarına kömək etməyi və ya təşəkkür etməyi sevən tipdir”, – Kasilya “El After de Post United” podkastında deyib.

Избранный
44
1
publika.az

10Источники