Klublararası dünya çempionatının rəmzi komandası açıqlandı
FIFA klublararası dünya çempionatının rəmzi komandasını açıqlayıb.
aia.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, “on birlik”də turnirin ən yaxşı futbolçularının adları yer alıb. Rəmzi komandada ən çox futbolçu ilə təmsil olunan klub İngiltərə təmsilçisi “Çelsi” olub.
Qapıçı: Yassin Bunu (“Əl-Hilal”, Səudiyyə Ərəbistanı)
Müdafiəçilər: Əşrəf Hakimi, Markinyos (hər ikisi PSJ, Fransa), Tiaqo Silva (“Fluminense”, Braziliya), Mark Kukurelya (“Çelsi”)
Qeyd edək ki, turnirin ötən gecə təşkil olunmuş final matçında “Çelsi” PSJ-ni 3:0 hesabı ilə məğlub edib. Bununla da London təmsilçisi tarixində ikinci dəfə klublararası dünya çempionatının qalibi adına sahib çıxıb.