Suveydada tam atəşkəs elan olunub.
APA xəbər verir ki, bunu Suriya Müdafiə Naziri Murhaf Əbu Qusra bildirib.
Nazir sözügedən qərarın şəhərin ağsaqqalları ilə razılaşdıqdan sonra verildiyini qeyd edib:
“Şəhər ağsaqqalları ilə razılaşdıqdan sonra Suveydada tam atəşkəs elan edilir”.
Onun sözlərinə görə, qüvvələr yalnız hücumlara və ya qeyri-qanuni silahlı qruplara cavab olaraq hərəkətə keçəcək:
“Biz Suveydada ictimai təhlükəsizliyi təmin etmək məqsədilə qüvvələrə sərt davranış qaydaları əmri vermişik. Hərbi polis isə nizam-intizamın qorunması üçün şəhərin daxilinə yerləşdiriləcək.”
O əlavə edib ki, təmizləmə əməliyyatları başa çatdıqdan sonra təhlükəsizlik qüvvələri Suveyda məhəllələrinə nəzarət etməyə başlayacaq.