RU

Meksika prezidenti ABŞ-nin pomidor tarifini “ədalətsiz” adlandırıb

“ABŞ-nin Meksika pomidorlarına tətbiq etməyi planlaşdırdığı 17,09 faizlik yeni tarif ədalətsizdir”.

Bakues.az “BBC”yə istinadən xəbər verir ki, bunu Meksika prezidenti Klaudiya Şeynbaum deyib.

O, daxili bazarı gücləndirmək üçün addımlar atacağına söz verib:

“Meksika pomidorları tariflə belə ixrac edilməyə davam edəcək, çünki alternativ yoxdur. Sadəcə Meksika hökuməti razılığa gəlmək üçün ABŞ hökuməti ilə danışıqlara davam edəcək. Ona görə ki, yeni tarif həm yerli istehsalçılara, həm də amerikalı istehlakçılara zərər verəcək. Biz gələn həftə bütün assosiasiyalar və pomidor istehsalçıları ilə birlikdə hazırlayacağımız bir sıra tədbirləri elan edəcəyik”.

Asim

Избранный
71
47
icma.az

10Источники