RU

İsrail ordusu Dəməşqdə Suriya hərbi qərargahını PUA ilə vurub

İsrail Müdafiə Qüvvələri Suriyanın paytaxtı Dəməşqə pilotsuz uçuş aparatı (PUA) ilə zərbə endirib.

Ölkə.az bu barədə "The Times of İsrael"ə istinadla xəbər verir.

Bildirilir ki, zərbə Suriya hərbi qərargahının girişinə yönəlib.

“İsrail ordusu siyasi rəhbərliyin göstərişinə əsasən, Suriyanın cənubunda mülki druzlara qarşı fəaliyyətləri izləməyə davam edir. Biz hücum edirik və eyni zamanda müxtəlif ssenarilərə hazırıq”- İsrail ordusu yaydığı bəyanatda qeyd edib.

Həmidə İbrahimova

Избранный
77
42
olke.az

10Источники