RU

Konfrans Liqası: “Larne” “Auda”nı penaltilərlə yendi

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2025/26 mövsümünün 1-ci təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Latviyada “Auda” və “Larne” komandaları qarşılaşıblar. Tərəflər ilk oyunda olduğu kimi, bu dəfə də qalibi müəyyən edə bilməyiblər. Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. Yekunda qalib penalti seriyasında müəyyənləşib və daha dəqiq olan Şimali İrlandiya təmsilçisi mərhələ adlayıb.

Qeyd edək ki, mərhələnin digər matçları sabah keçiriləcək. Azərbaycanı bu yarışda təmsil edəcək “Zirə” ilə “Araz-Naxçıvan” isə mübarizəyə 2-ci təsnifat mərhələsindən qoşulacaqlar.

Konfrans Liqası

1-ci təsnifat mərhələsinin cavab oyunları
16 iyul

Auda (Latviya) – Larne (Şimali İrlandiya) – 2:2 (penaltilər – 2:4)
İlk oyun: 0:0

Избранный
107
50
arena.az

10Источники