RU

Misirdə 4000 illik piramida tapılıb: Arxeoloqları heyrətə salan kəşf

Misirin Dahşur nekropolunda minilliklər boyu möhürlənmiş 4000 illik piramida aşkar edilib. Onu açan arxeoloqlar digərlərindən fərqli olaraq, içərisində fironların dəfni ilə bağlı elmin bildiyi hər şeyi şübhə altına alan bir məzar tapıblar...

Poliqon xəbər verir ki, bu barədə Daily Galaxy yazıb.

Nəşr qeyd edib ki, ekspertlərin içəridə gördükləri sadəcə unudulmuş abidə deyil - bu, dünyanın ən böyük sivilizasiyalarından birinin zəngin və mürəkkəb tarixinə bürünmüş sirrdir.

Hər şey Dahşurda mədən əməliyyatları zamanı başlayıb. Yeri qazan işçilər qeyri-adi bir şey görüblər: incə yonulmuş əhəngdaşı blokları. Bu, onların altında mühüm bir şeyin gizləndiyinə işarədir.

Misir Turizm və Qədim Əsərlər Nazirliyinin hesabatından sonra araşdırma aparmaq üçün arxeoloqlardan ibarət qrup göndərilib. Qazıntıya tapıntının əhəmiyyətini tez anlayan İngilis Misirşünas Kris Nonton rəhbərlik edir.

Nonton və komandası mərkəzi kameraya enən keçid tapıblar. İçəridə tapdıqları onları təəccübləndirib. Demək olar ki, 4000 il möhürlənmiş məzarın o qədər də təmiz olmadığı ortaya çıxıb - içəridə rəsmən xaos var, lakin kiminsə içəri girməsini ilə bağlı əsər-əlamət yoxdur. Məzarın üzərindəki möhür xaosa səbəb ola bilər.

Arxeoloqlar bunun müasir quldurların işi olmadığına qərar veriblər. Qəbir əbədi möhürlənməmişdən çox əvvəl talan edilib. Naunton buranı qədim cinayət yeri adlandıraraq, qarətin dəfn zamanı baş verə biləcəyini irəli sürüb.

Nəşr qeyd edib ki, bu kəşfin nəticələri hələ müəyyən edilməyib, lakin bu, qədim Misirin dəfn mərasimləri ilə bağlı müasir fikirləri şübhə altına alır.

Əsl sensasiya məzarda tapılan mumiyanın kimliyi məlum olanda baş verib. Qabaqcıl skan etmə texnologiyasından istifadə edərək, arxeoloqlar kanop qapağındakı zədələnmiş heroqlifləri bərpa edə biliblər. Məlum olub ki, məzar Misirin 13-cü sülaləsindən olan kraliça Şahzadə Hatşepsuta aiddir. Hatşepsut tarixçilərə məlum olan bir addır, lakin o, Misirin ən məşhur fironlarından birinə çevrilən Hatşepsut deyil.

Arxeoloqlar inanırlar ki, Şahzadə Hatşepsutun məzarının tapılması sadəcə unudulmuş kraliça haqqında heyrətamiz bir kəşf deyil. Onun qeydlərdən silinməsi tarixin çox vaxt qaliblər tərəfindən yazıldığını, məğlubların isə qəsdən unudulduğunu xatırladır.

Kəşf kral ailəsi daxilində daxili hakimiyyət mübarizəsi ilə bağlı yeni suallar da doğurur. Bu talan daha böyük hakimiyyət mübarizəsinin bir hissəsi ola bilərdimi?

Arxeoloqlar hesab edirlər ki, məzarın möhürlənməmişdən əvvəl talan edilməsi nəzəriyyəsi Hatşepsutun qurbanı olduğu xəyanət və ya sui-qəsdi göstərə bilər.

Poliqon.info

Избранный
19
50
poliqon.info

10Источники