Fakt araşdırılır.
Ajans.az xəbər verir ki, hadisə rayonun Qazıqumlaq kəndində baş verib. "VAZ 2106" markalı minik avtomobili ilə "Hyundai" markalı avtomobil toqquşub. Nəticədə 1990-cı il təvəllüdlü Gülnarə Dosməmmədova və oğlu 2008-ci il təvəllüdlü Oruc Dosməmmədov xəsarət alıblar, onlar xəstəxanaya yerləşdirilib.