RU

“Ədviyyatlı qidalar yuxusuzluğa səbəb ola bilər”


Acılı qidalar yuxunun keyfiyyətini azaldır və yuxusuzluğa səbəb olur.
Yeniavaz.com
xəbər verir ki, bu barədə yuxu mütəxəssisi və terapevt Deniz Yordaş “Daily Mirror” ilə söhbətində danışıb.
Yordaş bibər və digər ədviyyatlı yeməklərdəki yandırıcı dadın kapsaisindən gəldiyini izah edib:
“Bu maddə bağırsaqlara qıcıqlandırıcı təsir göstərir və narahatlıq və mədə göynəməsinə (izjoqa) səbəb ola bilər. Belə hisslər yalnız yuxuya müdaxilə etmir, həm də xoruldamağa səbəb olur və yuxu apnesinin simptomlarını artırır”.
Bundan əlavə, həkimin sözlərinə görə, ədviyyatlı yeməkdən sonra yuxuya getmək daha çətindir, çünki kapsaisin bədən istiliyini artırır:
“Tez yuxuya getmək və sağlam yatmaq üçün əksinə, bədənin bir az soyuması lazımdır. Ədviyyatlı yeməkdən sonra yuxuya getməyi bacarsanız belə, yuxunuz narahat və yarımçıq olacaq. Kapsaisinin mənfi təsirlərindən qaçmaq üçün yatmazdan ən azı iki-üç saat əvvəl ədviyyatlı yemək yeməyin”.
Избранный
498
40
yeniavaz.com

10Источники