RU

Polşa yığmasının sabiq yarımmüdafiəçisi Premyer Liqada?

Patrik Lipskinin "Zirə"dən dəvət alması barədə sosial şəbəkələrdə xəbərlər yayılıb.

Premyer Liqanın gümüş medalçsının polşalı yarımmüdafiəçiyə 2 illik müqavilə təklif etdiyi iddia olunur.

Saytımız bu informasiyanı klubdan dəqiqləşdirib.

Redaksiyamıza bildirilib ki, hazırda azad agent statusuna malik 31 yaşlı legioner onların maraq dairəsinə daxil deyil.

Lipski son olaraq Kiprdə “Etnikos”un formasını geyinib. Vaxtilə ölkəsinin gənclər yığmasında 15 oyun keçirmiş Patrik karyerası ərzində “Rux”, “Lexiya”(Qdansk), “Piast” və “Vidzev”in də şərəfini qoruyub.

Konfrans Liqasında mübarizə aparacaq qəsəbə təmsilçisi bu yay Brahim Konate ("Şamaxı"), Yeqor Boqomolski (son klubu "Neftçi"), İsmayıl İbrahimli (Müqavilə ilə məxsus olduğu klubu "Qarabağ"), Rövlan Muradov (son klubu "Sumqayıt") və Vinsent Tilli(son klubu "Sabah") sıralarına qatıb.

SPORTİNFO.AZ

Избранный
74
50
sportinfo.az

10Источники