RU

Ərdoğan Azərbaycan xalqına və İlham Əliyevə təşəkkür etdi



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan xalqına və Prezident İlham Əliyevə təşəkkür edib.

aia.az xəbər verir ki, bu barədə Türkiyə lideri “20 iyul Sülh və Azadlıq Günü”nə həsr olunmuş rəsmi mərasimdə deyib.

Ərdoğan qeyd edib ki, Şimali Kipr Türk Respublikası artıq Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi təşkilatlarda təmsil olunur.

"Sonuncu dəfə İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndində keçirilən zirvə toplantısı zamanı Şimali Kipr Türk Respublikasının bayrağı digər dövlətlərin bayraqları ilə yanaşı dalğalanıb. Kipr mübarizəmizə dəstək verən Azərbaycan Prezidenti cənab İlham Əliyevə və qardaş Azərbaycan xalqına bir daha minnətdarlığımı bildirirəm", - deyə Ərdoğan bildirib.



Избранный
95
33
aia.az

10Источники