RU

“Qalatasaray”ın icarəyə götürdüyü Alvaro Morata İtaliyaya qayıdacaq

“Qalatasaray”ın “Milan”dan icarəyə götürdüyü Alvaro Morata İtaliyaya qayıdacaq.

Sportinfo.az xəbər verir ki, ispan futbolçu karyerasını “Komo”da davam etdirəcək.

Məlumata görə, İtaliya təmsilçisi Morata ilə 4 illik müqavilə bağlayıb.

O da bildirilib ki, “Milan” və “Qalatasaray” Moratanın “Komo”ya transferi üçün razılığa gəlib.

Futbolçu İstanbul nəhənginin heyətində meydana çıxdığı 16 rəsmi matçda 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Избранный
76
2
sportinfo.az

10Источники