RU

“Tramp həqiqətən də Ukraynanı müharibəyə səbəb görürdü” Smit

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

 ABŞ Nümayəndələr Palatasının Demokrat üzvü, Konqresmen Adam Smit Prezident Donald Trampın Ukrayna ilə bağlı mövqeyini tənqid edib. 

"Fox News" kanalında yayımlanan “Sunday” proqramında jurnalist Şennon Brimə müsahibə verən Smit qeyd edib ki, Tramp və onun administrasiyası həm seçki kampaniyası dövründə, həm də sonrakı dövrdə müharibəyə görə Ukraynanı günahlandırmaqla böyük səhvə yol veriblər.

Konqresmen əksinə, müharibənin əsl səbəbkarının Kremlin rəhbəri Vladimir Putin olduğunu vurğulayıb və onu münaqişənin əsas hərəkətverici qüvvəsi adlandırıb.

"Fox News"-da yayımlanan materialda həmçinin qeyd olunur ki, Tramp ikinci prezidentlik dövrünə başladıqdan sonra müharibənin dayandırılması üçün çağırışlar etsə də, bu bəyanatlar hələlik real nəticə verməyib.

Xatırladılır ki, bu ilin fevralında Donald Tramp müharibəyə görə Ukrayna liderini günahlandıraraq demişdi:“O, bu müharibəni heç vaxt başlamamalı idi".

Bununla belə, ötən həftə Tramp Ukraynaya “Patriot” zenit-raket kompleksləri göndəriləcəyini açıqlayaraq, Putinin hərəkətlərindən narazı olduğunu bir daha ifadə edib.

Lakin Tramp eyni zamanda bildirib ki, ABŞ bu silahlar üçün ödəniş etməyəcək.

“Hələ dəqiq sayını müəyyən etməmişik, amma göndəriləcək. Çünki onların müdafiəyə ehtiyacı var. Lakin bu ödənişi Avropa İttifaqı həyata keçirəcək, biz heç nə ödəmirik”, – deyə Tramp jurnalistlərə açıqlamasında bildirib.

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
1
50
azpolitika.info

10Источники