Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun, Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarının 18-ci raundu ilə bağlı danışarkən, Çin və Rusiya şirkətləri arasında normal əməkdaşlığın kənar müdaxilələrə məruz qalmamalı olduğunu bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
“Biz israr edirik ki, Avropa tərəfi Çin müəssisələrinin qanuni maraqlarına zərər vurmağı dayandırsın, əgər onlar bunu etmək üçün real əsaslara malik deyillər”,- deyə o qeyd edib.
Çin Xarici İşlər Nazirliyinin rəsmisinin sözlərinə görə, Pekin həmişə danışıqlara və Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə çalışıb. Diplomat əlavə edib ki, Çin heç vaxt münaqişə tərəflərini öldürücü silahlarla təmin etməyib və “ikili təyinatlı məhsulların ixracına ciddi nəzarət edir”.