Newscenter.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Azərbaycanla Ermənistan arasında Zəngəzur dəhlizi açıldıqdan sonra, buradan keçən Dəmir yol xətti Azərbaycanın mülkiyyətində olacaq. keçmiş SSRİ vaxtı Zəngəzurdan keçən dəmiryol Azərbaycan Dövlət Dəmiryolunun balansında olub. Bəzən mətbuatda bəziləri var ki, Zəngəzur dəhlizində Rusiyanin nəzarət etməsini qabardır və Ermənistan dəmiryollarınin Rusiyanin şirkətinin balansında olduğunu deməklə, bir növ Zəngəzurdan keçən dəmiryol da Rusiyaya aid olduğunu qeyd edir. Təssüf ki, belə şəxslər efirdən məsuliyyətsiz açıqlamalar verir. Zəngəzurda olan dəmiryol xətti heç Ermənistanın mülkiyyətində deyil, nəinki Rusiyanın mülkiyyəti ola.Ermənistan tərəfi artıq Zəngəzurda dəmiryol xəttinin bərpası ilə bağlı müəyyən işlərə başlayacağını qeyd edib. Azərbaycan Zəngəzur dəhlizindən keçən dəmiryolunda eyni hüququnu və öz mülkiyyətində olduğunu tələb etməlidir. Qeyd edim ki, 10 noyabr Üç tərəfli Birgə Bəyannaməsi gündəmdən düşüb. Bəziləri deyir ki, 10 noyabr Üc tərəfli Bəyannamənin 9-cu bəndinə əsasən, Rusiya bu dəhlizə nəzarət etməlidir və qüvvədən düşməyib. Buradan qeyd edirəm ki, 10 noyabr Üç tərəfli Bəyannamə işləmir və bizim üçün qüvvədən düşüb. Hazırda Azərbaycan və Ermənistan arasında ikitərəfli razılaşma var.Məhəmməd Əsədullazadə
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.