RU

Dubayda minlərlə insan sosial mediada lüks mülk vədləri ilə aldadıldı

Dubayda

Dubayda fəaliyyət göstərən bir dəstə sosial mediada lüks mülklərin şəkillərini paylaşaraq, həmin əmlakları real dəyərindən xeyli ucuz qiymətə satdıqlarını iddia edib və bu yolla dünyanın müxtəlif ölkələrindən müştərilərə çatıb. Sonradan telefonla əlaqə saxlanılan müştərilər aldatılıb, onlardan minlərlə dollar məbləğində ilkin ödəniş (kaparo) alınıb. Lakin əslində ortada heç bir satış predmeti – mülk olmayıb.Zərərçəkənlər pullarını geri ala bilmədikdə hüquq-mühafizə orqanlarına müraciət ediblər. Dubay polisi sosial şəbəkələrdə yayımlanan elanlar vasitəsilə dəstənin izinə düşüb və cinayətkar qruplaşmanın bütün üzvlərini saxlayıb. Rəsmi açıqlamada qeyd olunub ki, bu fırıldaq nəticəsində yüzlərlə insan zərər çəkib və əldə edilən vəsaitlər xaricdəki bank hesablarına köçürülüb. Hazırda hüquq-mühafizə orqanları dəstənin digər potensial qurbanlarını müəyyən etməyə çalışır. Məlumata görə, zərərçəkənlər arasında türkiyəli vətəndaşlar da ola bilər.Ulusum.az

Diqqət Çəkənlər

Xəzər Universitetinin 54-cü Məzunluq Mərasimi – Gözəl və Yaddaqalan Anlar! - FOTO

Vyetnamda turist faciəsi: 48 nəfərin olduğu gəmi çevrildi

Boston şəhərində Azərbaycanlı gənclərin diaspor birliyi gücləndirildi

Избранный
32
50
ulusum.az

10Источники