Vətəninfo.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi bildirib ki, sabah Tehranda İran, Çin və Rusiya nümayəndələrinin iştirakı ilə nüvə məsələsi üzrə üçtərəfli görüş baş tutacaq.
Bəqayinin sözlərinə görə, Rusiya və Çin həm “Hərtərəfli Birgə Fəaliyyət Planı”nın, həm də BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olaraq, bu məsələlərdə mühüm rol oynayırlar. Tehran bu iki ölkə ilə sanksiyaların yenidən bərpası mexanizmi (snapback) barədə son bir ildə konstruktiv məsləhətləşmələr aparıb.
Bəqai qeyd edib ki, görüşdə əsas diqqət nüvə problemi və sanksiyaların yenidən tətbiqi risklərinin qarşısının alınması məsələlərinə yönələcək. O, vurğulayıb ki, sanksiyaların bərpası nə hüquqi, nə də siyasi baxımdan əsaslandırıla bilər və Tehran bu cür addımların qarşısını almaq üçün tərəfdaşlarla məsləhətləşmələrə davam edəcək.