RU

Cəlilabadda balıqların kütləvi ölümü ilə bağlı araşdırma aparılır - FOTO

Cəlilabad rayonunun Pərdi kəndi ərazisində göllərdən birində balıqların kütləvi ölümü qeydə alınıb.

Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, suyun kəskin azalması səbəbindən göldəki xırda kilkə balıqlar tələf olub.

Kənd sakinləri qeyd edib ki, balıqlar gölə təxminən 50 il öncə buraxılıb. Son 5 ilə qədər isə burada həvəskar balıqçılar ovla məşğul olublar.

Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.

Избранный
80
23
avtosfer.az

10Источники