RU

Avazı yaxşı Azərbaycan klubu...

"İmişli" hazırda ən çox tənqid olunan klubdur.

19 ildən sonra Premyer Liqaya qayıdan bölgə klubunun əksər qərarlarında neqativlik var.

Belədə tənqidlər də kifayət qədər məntiqli və yerindədir.

Amma klub rəhbərliyi öz yoluna davam edir.

İradları, narazılıqları görməzdən gəlir.

Özü də çox iddialı şəkildə.

Qısa müddətdə klubun iki rəhbər şəxsinin mətbuata açıqlaması belə düşünməyə əsas verir.

"İmişli"nin prezidenti Kamran Eyyubovun:

"Seçdiyimiz məşqçi öz təcrübəsi və biliyinə görə kifayət qədər fərqlənən insandır. İstəyirəm ki, çempionat başlasın. Ondan sonra bizi bu təyinata görə tənqid edən şəxslərlə birgə oturub müzakirə aparaq ki, kim haqlı idi?!"

“İmişli” futbol klubunun İdarə Heyətinin sədri Aqşin Mürsəlov:

"Çempionatın debütantı olsaq da, elitada qalmaq üçün gəlmirik. Əsas problemimiz stadionla bağlıdır. Hədəfimiz orta yerlərdir. Artıq 2026/2027 mövsümündə avrokuboklar uğrunda mübarizə apara bilərik. Ötənilki heyətdən 6-7 nəfər saxladıq. Növbəti il bu sayı daha çox etmək istəyirik. Düşünürəm ki, ilk “altılığ"a, bəlkə də ilk “səkkizliy"ə oynayacaq komanda formalaşdıra biləcəyik".

Bizim də istədiyimiz elə budur. Bölgə klubları iddialı olsun, uğurlu çıxış etsin.

Sərf olunan milyonlar yekunda havaya sovrulmasın.

Ancaq bu işlərdə avazın yaxşı olması yetərli deyil, nə oxuduğun daha vacibdir.

Birinci var, qalır ikinci.

Onu da mövsümün gedişində əyani görərik...

XANOĞLAN / SPORTİNFO.AZ

Избранный
16
50
sportinfo.az

10Источники