RU

Pit Heqset Ukraynaya yardım müzakirəsinə qatılmadı

ABŞ müdafiə naziri Pit Heqset “Ramşteyn” formatında keçirilən və Ukraynaya hərbi yardım məsələlərinin müzakirə olunduğu onlayn görüşdə iştirakdan imtina edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Strana.ua” nəşri məlumat yayıb.

Jurnalistlərin məlumatına görə, görüşdə müdafiə nazirliklərinin rəhbərləri və ya onların müavinləri səviyyəsində 52 ölkə təmsil olunur. Pentaqon rəhbərinin də müzakirələrə qoşulacağı gözlənilsə də, ABŞ-ı tədbirdə NATO yanında səfir Metyu Uitaker təmsil edir.

Ukrayna tərəfdən görüşdə hazırkı müdafiə naziri Denis Şmıqal və onun sələfi, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov iştirak edirlər.

Избранный
8
14
nocomment.az

10Источники