RU

Trampdan qalmaqallı paylaşım: Obamanı həbs etdirdi VİDEO

Sfera.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ Prezidenti Donald Tramp, keçmiş prezident Barak Obamanın FBI tərəfindən həbs edildiyini əks etdirən süni intellektlə hazırlanmış videonu sosial media hesabında paylaşaraq böyük səs-küyə səbəb olub.

Sfera.az “Sözcü”yə istinadən xəbər verir ki, Tramp videonu “Truth Social” platformasında yayımlayıb.

Video görüntüdə Tramp və Obama yanaşı oturarkən FBI agentləri içəri girərək Obamanı həbs edir. Video Obamanın bir vaxtlar dediyi “Heç kim qanunlardan üstün deyil” ifadəsi ilə başlayır, ardınca Prezident Co Bayden və Nümayəndələr Palatasının keçmiş sədri Nensi Pelosinin oxşar fikirləri səsləndirilir. Arxa fonda isə Trampın mitinqlərində tez-tez səsləndirilən “YMCA” mahnısı eşidilir. Video Obamanın turuncu məhbus geyimində kameraya salındığı səhnə ilə tamamlanır.

Paylaşımın ABŞ-nin sabiq Milli Kəşfiyyat rəhbəri Tulsi Qabbardın yaydığı hesabatdan dərhal sonra edilməsi də diqqət çəkib. Həmin hesabatda Qabbard, Obama və 2016-cı il ABŞ təhlükəsizlik komandası üzvlərini Trampa qarşı illər əvvəl planlaşdırılmış “dövlət çevrilişi cəhdi”ndə ittiham edib.

Trampın bu paylaşımı, onun adının keçdiyi Ceffri Epşteyn qalmaqalı ilə bağlı gündəmin dəyişdirilməsi cəhdi kimi qiymətləndirilib. Məlum olduğu kimi, milyarder Ceffri Epşteynin azyaşlılara qarşı cinsi istismar və insan alveri ilə əlaqəli fəaliyyəti illərdir müzakirə olunur. Tramp da əvvəllər Epşteynlə eyni sosial mühitdə görüntülənsə də, daha sonra əlaqələrini inkar etmişdi. Lakin son aylarda açıqlanan bəzi sənədlər və şahid ifadələrində Trampın da adı hallanmağa başlayıb.

Ekspertlər Trampın bu tip paylaşmalarla diqqəti başqa istiqamətə yönəltməyə çalışdığını bildirirlər.

Bəsti Rəfizadə

Sfera.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
35
23
sfera.az

10Источники