RU

Tramp Obamanı süni intellektlə "həbs etdirdi" - VİDEO

ABŞ prezidenti Donald Tramp özünün "Truth Social" sosial şəbəkəsində süni intellektlə hazırlanan video paylaşıb.

Modern.az-ın məlumatına görə, videoa Donald Tramp və sabiq prezident Barak Obamanın Ağ Evdə bir yerdə oturduğu göstərilir.

Daha sonra FTB əməkdaşları gəlib ABŞ-ın 44-cü prezidentini qandallayır. Bu zaman Donald Tramp mitinqlərində tez-tez ifa etdiyi Village People qrupunun “YMCA” mahnısı fonda səslənərkən gülümsəyir.

Video narıncı kombinezonda Barak Obamanın həbsxana kamerasında əyləşməsi ilə bitir.

Xatırladaq ki, iyulun 20-si ərəfəsində Donald Tramp bəyan edib ki, Barak Obama 2016-cı il prezident seçkilərinin nəticələrinə təsir göstərmək üçün qanunsuz cəhdlər edib.

 

Избранный
28
25
modern.az

10Источники