Politoloq Qədir Aslan "TV Müsavat"ın canlı efirində qonaq olub.
Reportyor.tv xəbər verir ki, veriliş zamanı ciddi geosiyasi təhlillər aparan ekspert Rusiya-Azərbaycan münasibətləri və bölgədə yaranan təhlükəli proseslərlə bağlı sərt açıqlamalar verib.
Politoloq bildirib ki, əgər Rusiya müəyyən addımları atsa, bu, Azərbaycan üçün faciəvi nəticələrə yol aça bilər:
“Vladimir Putin görməzdən gəlir, guya xəbəri yoxdur. Nə qədər təbliğat maşını varsa, hamısını işə salıblar. Yunan mifologiyasında cəhənnəmin qapısını qoruyan üçbaşlı itə Cerber deyirdilər. İndi bütün Cerberlər hərəkətə keçib – kim daha çox Azərbaycanı söyə bilər, kim daha ağır şəkildə təhqir edə bilər, sanki bu yarışa çıxıblar”, – deyə o vurğulayıb.
Qədir Aslanın fikrincə, bu prosesin arxasında məqsədli təzyiq kampaniyası dayanır və Azərbaycan bu basqılara qarşı siyasi iradə və milli birlik nümayiş etdirməlidir.
Musavat.comPolitoloqun açıqlaması ilə aşağıdakı videomaterialda tanış ola bilərsiniz.