RU

"Şamaxı" "Kəpəz"ə böyük hesabla qalib gəldi

"Kəpəz" və "Şamaxı" arasında yoxlama oyunu keçirilib.

"Football-plus.az" xəbər verir ki, matç Qəbələ şəhər stadionunda oynanılıb. Görüş "Şamaxı"nın 6:1 hesablı qələbəsi ilə başa çatıb.

“Şamaxı”dan qolları Rossi, Şuaybu, Emil Süleymanov, Rikardo Apolinario və Balau (dubl), “Kəpəz”dən isə Fərid Kələntərov vurub.

Xatırladaq ki, "Kəpəz" bunadək "Qəbələ" ilə yoxlama oyununda uduzub - 0:2. Gəncə təmsilçisi toplanış çərçivəsində daha üç görüş keçirməyi planlaşdırır.

"Şamaxı"nın yay hazırlıq toplanışı avqustun 9-na kimi davam edəcək. Bölgə təmsilçisi son olaraq "İmişli" ilə qarşılaşacaq.

Избранный
76
4
football-plus.az

10Источники