RU

Bu gün bilinəcək - “Qarabağ”ın pley-off-da potensial rəqibləri

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Sportinfo.az xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Püşkatma zamanı Azərbaycan təmsilçisi “Qarabağ” da potensial rəqibini öyrənəcək.

Püşkatma zamanı “Qarabağ” - “Şkendiya” (Şimali Makedoniya) cütü səpələnməmişlər səbətində yer alacaq.

Bu cütün qalibi pley-off mərhələsində səpələnmişlər səbətində yer alacaq aşağıda adları qeyd edilən komandalardan biri ilə qarşılaşacaq:

-“Bude-Qlimt” (Norveç)
-“Seltik” (Şotlandiya)

Və ya ÇL-də 3-cü raundun aşağıdakı cütlərinin qaliblərindən biri ilə:

“Malmö” (İsveç) – “Kopenhagen” (Danimarka)
“Lex” (Polşa) – “Srvena Zvezda” (Serbiya)
“Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan)

Çempionlar Liqasının pley-off mərhələsinin oyunları 19/20 və 26/27 avqust tarixlərində keçiriləcək.

Avroliqada da püşk atılır

Bu gün həmçinin Avropa Liqasının da pley-off mərhələsinin püşkü atllacaq. Bu zaman “Qarabağ” - “Şkendiya” (Şimali Makedoniya) cütünün məğlunun da rəqibi bəlli olacaq.

Avroliqada pley-mərhələsinin püşkatma mərasimi isə Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

Избранный
90
4
sportinfo.az

10Источники