RU

109 minlik ipoteka krediti "PAŞA Həyat Sığorta" tərəfindən ödənildi

Bakı. Trend:

“PAŞA Həyat Sığorta” ASC növbəti böyük həcmli sığorta ödənişinihəyata keçirib.

Ölkədə fəaliyyət göstərən kommersiya banklarının birindən kreditgötürmüş şəxs bədbəxt hadisə nəticəsində vəfat etmişdir.

İpoteka krediti götürmüş şəxsin vəfat etməsi nəticəsindəmüştərinin 109 700 manat qalıq borc məbləği “PAŞA Həyat Sığorta”ASC tərəfindən aidiyyəti üzrə ödənilib.

Qeyd edək ki, istehlak və ipoteka növü üzrə kredit götürənşəxslərin həyatları sığortalandığı halda, şəxs vəfat etdikdə və yaəmək qabiliyyətini itirdikdə (əllillik) banka olan kredit borcusığorta şirkəti tərəfindən ödənilir.

Bu sığorta növü kredit götürənin ailə və yaxınlarını banka olankredit borcuna görə məsuliyyət daşımaqdan azad edir.

Избранный
11
6
az.trend.az

7Источники