RU

Meksika narkokartelləri ilə mübarizə üçün ABŞ Ordusundan istifadənin müzakirəsinə hazır deyil

Meksika hökuməti Vaşinqtonun yenidən belə bir təklif irəli sürəcəyi təqdirdə narkotik kartelləri ilə mübarizə üçün ABŞ qoşunlarının yeridilməsi məsələsini müzakirə etməyə hazır deyil.

"Report"un məlumatına görə, bunu Latın Amerikası ölkəsinin Prezidenti Klaudiya Şeynbaum deyib.

"Artıq dediyim kimi, ABŞ Prezidenti Donald Tramp əslində telefon danışıqlarının birində ABŞ qoşunlarının yeridilməsini təklif etdi, mən ona "yox" cavabı verdim. Dedim ki, bu, müzakirə mövzusu deyil. O, başa düşdü. Onlar yenə təkid edə bilərlər, lakin bu mövzu müzakirə olunmur", - K.Şeynbaum mətbuat konfransında deyib.

Şeynbaum qeyd edib ki, əməkdaşlığın başqa formaları da var: "Onlar bizə məlumat verə bilərlər və ya məlumat var ki, biz onları tabeliksiz əməkdaşlıq və ölkələrimizin suverenliyinə hörmət əsasında təmin edə bilərik".

Избранный
104
35
report.az

10Источники