"Şkendiya" "Qarabağ"a utanılacaq hesabla məğlub olmayıb.
Axar.az xəbər verir ki, bunu "Şkendiya"nın (Şimali Makedoniya) baş məşqçisi Ceton Bekciri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirdikləri ilk oyundan sonra mətbuat konfransında deyib.
"Utanılacaq hesabla məğlub olmadıq. Rəqib komanda yalnız 1:0 hesabı ilə öndədir. Bakıda yaxşı nəticə qazanmağa çalışacağıq", - Bekciri bildirib.
Qeyd edək ki, "Şkendiya" - "Qarabağ" oyunu Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Komandalar arasında cavab oyunu avqustun 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.