Tikinti aparılan Gəncə mərkəzi stadionunda növbəti ölüm faktı qeydə alınıb.
Referans Teleqraf-a istinadla xəbər verir ki, stadionda çalışan 1973-cü il təvəllüdlü Samir Əliyev vəfat edib.
İlkin məlumata görə, S. Əliyevin səhhəti anidən pisləşib və o dünyasını dəyişib.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.
Qeyd edək ki, iyun ayının 28-də Gəncə şəhər stadionun tikintisində işləyən Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma şöbəsinin işçisi 1975-ci il təvəllüdlü Şahin Talıbov iş başında qəflətən vəfat etmişdi.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта